Sabah 38 dərəcə isti olacaq PROQNOZ

Sabah 38 dərəcə isti olacaq PROQNOZ

Sabah Bakıda havanın temperaturu 37 dərəcəyə çatacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata götə, iyulun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə