Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seydizadə jurnalistlər üçün mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda təşkilatın son 6 ay ərzində fəaliyyəti nəzərdən keçirilib və əldə olunan nəticələr mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb. Daha sonra təşkilatın növbəti mövsüm üzrə yerli və beynəlxalq səviyyədə planları açıqlanıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seydizadə çıxış edərək deyib ki, təşkilat hər zaman Kütləvi İnformasiya Vasitələrinə açıq olub: "Ümumiyyətlə, ARGTMŞ öz fəaliyyətini "3G" strategiyası üzrə irəli sürür. Bura gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması və gənclər təşkilatları institutunun gücləndirilməsi aiddir. Bizim təşkilatın prioritetləri də başlıca olaraq sadaladığımız bu üç istiqamət üzrə müəyyənləşib. Ölkənin ən böyük gənclər platforması olan ARGTMŞ Avropa Gənclər Forumu, Pan-Afrika Gənclər Birliyi, MDB ölkələrinin gənclərlə iş üzrə komitəsi, Şərq Tərəfdaşlığı ölkələri, GUAM ölkələrinin və digər bu kimi beynəlxalq gənclər platformaların müxtəlif tədbirlər, layihələr və proqramlarda iştirak edir".
Konfransın sonunda jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib və təşkilat "Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə fəaliyyətində yaxından iştirak edən mətbuat orqanlarının təltifolunma mərasimi həyata keçirilib. Mükafata layiq görülənlər arasında Səs İnformasiya Agentliyi də olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB