İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlayan, sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçən yanğın iyulun 24-ü saat 12 radələrində tam söndürülüb. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yüksək dağlıq ərazini əhatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaranıb. ETSN və FHN-in qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub.
Bununla belə yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-nin hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. İlkin hesablamalara görə, 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB