Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda 2 uşaq bağçası tikilir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evinin inşasına başlanılıb. SİA-nın xəbərinə görə, Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən verilən məlumatda bildirilib ki, uşaq bağçası-körpələr evinin biri şəhərin yeni salınmış "32 hektar" adlanan ərazisində, digəri isə Azərbaycan küçəsində inşa olunur.
Hazırda hər iki binada hörgü işləri görülür. Tikinti yerli inşaatçılar tərəfindən aparılır. Müasir arxitektura üslubunda inşa edilən binalarda balacaların təlim-tərbiyəsi üçün bütün lazımi şərait olacaq.
Hər iki binanın ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB