“Yay məktəbi” layihəsinin I Oğuz turu iştirakçılarının təəssüratları: FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I Oğuz turu iştirakçılarının təəssüratları:

YAP Binəqədi rayon Təşkilatının üzvü Nəsimi Mehdiyev: "Bundan öncə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil olunan yay və qış məktəblərində iştirak etmişəm. Lakin bu dəfəki tur mənim üçün daha məsuliyyətli idi. Ona görə ki, 6-11 iyul tarixlərində baş tutan Yay məktəbi layihəsinin I Oğuz turunda məsul şəxs kimi iştirak edirdim. Bu, mənim üçün kifayət qədər məsuliyyətli olmaqla yanaşı, həm də maraqlı idi. Bu tur çərçivəsində aparılan seminarlar və diskussiyalar nəticəsində gənclərin müxtəlif bacarıqları üzə çıxdı. Bu şəraiti biz gənclərə yaratdığına görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə öz dərin təşəkkürümüzü bildirirəm".
YAP Sumqayıt şəhər Təşkilatının üzvü Qulu Qurbanlı: "Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan "Yay məktəbi" layihəsi gənclərimiz üçün təşkil olunan ən gözəl layihələrdən biridir. Mən də Oğuz I tur fəal gəncləri sırasında idim. Turda ilk dəfə idi ki, iştirak edirdim. Tur çərçivəsində savadlı, dünyagörüşlü dostlar qazandım. Təşkil olunan seminarlar, diskussiyalar dünyagörüşümü daha da artırdı və 5 günün necə keçdiyini hiss etmədim. Bütün bunlar Prezidentimiz cənab İlham Əliyevin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Gənc siyasətçilər üçün təşkil olunan "Yay məktəb" layihəsinin təşkilində əməyi keçən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm".
YAP Nəsimi rayon Təşkilatının üzvü Rəhim Həsənli: "Yeni Azərbaycan Partiyası tərəfindən Oğuz rayonunda təşkil olunan "Yay məktəbi" layihəsi bizim yaddaşımıza əvəzolunmaz hisslərlə həkk olundu. Keçirilən intellektual oyunlar, maraqlı seminarlar və təlimlər bizə çox böyük biliklər, çox gözəl dostlar qazandırdı. Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və bu layihədə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm".
YAP Abşeron rayon Təşkilatının üzvü Şamo Əliyev: "Builki "Yay məktəbi" layihəsinin I Oğuz turunda iştirak etmək mənim üçün çox xoş idi. Tur çərçivəsində "İKT və İnformasiya Təhlükəsizliyi " mövzusunda təlim keçməyim mənim üçün xüsusilə məsuliyyətli və maraqlı idi. İki saatdan artıq davam edən təlimim gənclərin böyük marağına səbəb oldu. Təlimin mükəmməl şəkildə baş tutması, digər təlimlərdə iştirakım, intellektual oyunlarda təlimçi olmağım məhz biz gənclərə Yeni Azərbaycan Partiyası tərəfindən ayrılan diqqət və qayğının nəticəsidir".

YAP Sabunçu rayon Təşkilatının üzvü Orxan Daşdəmirli: "Mən ilk dəfə idi ki, YAP Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsində iştirak edirdim. Bu tur mənim təsəvvür etdiyimdən də möhtəşəm oldu. "Yay məktəbi" layihəsi çərçivəsində savadlı və dünyagörüşlü gənclərlə tanış və dost oldum. Onlarla gözəl fikir mübadiləsi, müzakirələr apardıq. "Yay məktəbi" mənim həyatımda böyük dəyişikliklər etdi. Mən bir daha Azərbaycan gənclərinə göstərilən qayğını və diqqəti hiss etdim. Bütün bunlara görə Cənab Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyası rəhbərliyinə təşəkkürümü bildirirəm".
YAP Suraxanı rayon Təşkilatının üzvü Ramiz Həsənzadə: "YAP GB tərəfindən təşkil olunan "Yay məktəbi" layihəsində iştirak etmək mənim həyatımda önəmli rol oynadı. Layihədə Suraxanı rayonu təşkilatının üzvü kimi öz rayonumu layiqli təmsil etdiyim, həm də Azərbaycanın müxtəlif bölgələrindən gələn gənclərlə dostluq münasibəti qurduğum üçün çox xoşbəxtəm. Bu işdə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirir, uğurlu layihələrin davamını diləyirəm"
YAP Lerik rayon Təşkilatının üzvü Sadiq Mirzəzadə: "Yeni Azərbaycan Partiyası tərəfindən təşkil edilən "Yay məktəbi" layihəsi çərçivəsində keçirdiyim günlər həyatımın ən gözəl günlərindən sayıla bilər. İlk dəfə idi ki, mən bu layihədə iştirak edirdim. Burda savadlı və dünyagörüşlü gənclərlə tanış olmaqla yanaşı, özümə yeni dostlar qazanmış oldum".
YAP Cəlilabad rayon Təşkilatının üzvü Ziya Quliyev: "Mən birinci dəfə idi ki, "Yay məktəbi" layihəsində iştirak edirdim. Bu tur mənim üçün yeni dostlar qazandırdı. Tur çərçivəsində dünyagörüşlü gənclərlə bir arada olub, onlarla fikir mübadiləsi aparmaq mənim üçün çox xoş idi. Tam əminliklə deyə bilərəm ki, birlikdə aparılan təcrübə mübadiləsi mənim həyatım üçün bir stimul olacaq. Layihə çərçivəsində keçirdiyim günlər ərzində Ulu Öndər siyasətinin davam olaraq Azərbaycan gənclərinə göstərilən diqqət və qayğını bir daha hiss etdim. Biz gənclər əminik ki, ölkəmiz bu siyasət nəticəsində daha da inkişaf edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB