Zoologiya İnstitutu ilə Ukrayna Milli Antraktida Mərkəzi birgə tədqiqatlar aparacaqlar

Zoologiya İnstitutu ilə Ukrayna Milli Antraktida Mərkəzi birgə tədqiqatlar aparacaqlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev Ukraynanın paytaxtı Kiyev şəhərində elmi ezamiyyətdə olub.

İnstitutdan bildiriblər ki, ezamiyyət müddətində alim Ukrayna Milli Antraktida Mərkəzində, Ukrayna Dövlət Universitetində, Molekulyar Biologiya və Geofizika institutlarında aparılan elmi-tədqiqat işləri ilə tanış olub.

Əvvəllər Böyük Britaniyaya məxsus olan Antraktida Mərkəzi 1996-cı ildə Ukrayna dövlətinə hədiyyə edilib. Buna görə də mərkəzdə aparılan tədqiqatların nəticələri Böyük Britaniyaya göndərilir.

Azərbaycan ilə Ukrayna Milli Antraktida Mərkəzi tərəfindən birgə aparılacaq tədqiqat işlərinin 2015-2020-ci illərdə reallaşdırılması planlaşdırılır. Birgə tədqiqatlar zamanı canlı orqanizmlərdə mühitə uyğunlaşma ilə əlaqədar baş verən dəyişikliklərin öyrənilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə