Akademik Həsən Əliyev küçəsində (Tbilisi prospekti istiqamətində) avtomobillərin hərəkət sürəti artıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, sürət artımı asfalt örtüyünün yenilənməsindən və Tbilisi dairəsində işıqforların vaxt rejiminin dəyişdirilməsindən sonra mümkün olub.
Sürət artımı mərkəzin video aşkarlayıcı kameraları vasitəsilə qeydə alınib.
2013-cü ilin iyul ayında Həsən Əliyev küçəsində maşınların günlük orta hərəkət sürəti 31,7 km/saat idisə, bu ilin iyul ayında bu göstərici 38,7 km/saat olub.
Sürət artımı günün pik saatlarında - saat 08:00-10:00 və 18:00-20:00 arasında da baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB