AFFA və KİVDF yeni yazı müsabiqəsi elan etdi

AFFA və KİVDF yeni yazı müsabiqəsi elan etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edir. SİA-nın məlumatına görə, müsabiqənin məqsədi "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına" uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusunda keçirilir.

Müsabiqədə elan çıxan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə: I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

I yer - 1 000 manat

II yer - 800 manat

III yer - 600 manat

Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək.

Qaliblər, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Qeyd edək ki. müsabiqə haqqında ətraflı məlumat http://kivdf.gov.az/ saytında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə