Lənkəran rayonunun Sütəmurdov kəndində yenidən bərpa olunan bulaq sakinlərin istifadəsinə verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, açılışda çıxış edən Millət vəkili Hadı Rəcəbli, Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev, rayon ictimaiyyətinin nümayəndələri ölkədə aparılan abadlıq quruculuq işləri çərçivəsində hər kəsin bu işə bir tövhə verməli olduğunun vacibliyini vurğulayıblar. Qeyd edilib ki, Ötən əsrin əvvəllərində, 1914-cü ildə aşkar olunan bulağ sonralar baxımsız vəziyyətə düşüb. 100 yaşı olan bulağın bərpası təbii su qaynaqlarına olan diqqətin bariz nümunəsidir.
Təbii bulaqlarla zəngin olan bölgəmizdə bu ənənənin bundan sonra da davam etdiriləcəyinə, yeni şəfalı bulaqların bərpa olacağına ümid edildiyi bildiriilib.
Sonda bulağın rəmzi açılışını bildirən lent kəsilib. Mərasimə toplaşanlar üçün iftar süfrəsi təşkil olunub. Xalqımız ,vətənimiz üçün dualar edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB