"Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrində intellektual oyunlar üzrə turnirlərə start verilib.
SİA-nın xəbərinə görə, iyulun 22-də Bakının Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində ilk belə yarış baş tutub.
Yarışma "Nə? Harada? Nə Zaman?" formatında keçirilib. Oyun hər tur 12 sualdan ibarət olmaqla 2 tur davam edib. Yekunda 16 düzgün cavabla "Qartal" komandası qələbəni bayram edib.
"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyevin sözlərinə görə, intellektual oyunlar maraqlı bir hobbi olmaqla bərabər, böyük tərbiyəvi xarakter daşıyır və klub, öz növbəsində, bu tip yarışların daha da populyarlaşması üçün səylərini əsirgəməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB