Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Milli Mətbuat Günü münasibətilə dəyərli jurnalistlər və mətbuat qurumlarının nümayəndələri ilə birlikdə təbrik yığıncağı keçirib. SİA-nın məlumatına görə, tədbirdə AGAT-ın sədri Gülsel Səfərova fəaliyyətlərinin mediada daima yüksək səviyyədə işıqlandırıldığını deyib: "Bu, mətbuat qurumları və onların rəhbərliyi tərəfindən bizə göstərilən diqqətdir. Ümid edirik ki, dövlətçilik və azərbaycançılıq ideyalarını əsas tutaraq bundan sonra da birgə fəaliyyətimiz olacaq. Peşə fəaliyyətinizdə və gələcək işlərinizdə daima uğur arzulayırıq. Milli Mətbuat Gününüz mübarək olsun!"
Mərasimdə AGAT-la əməkdaşlıq edən mətbuat qurumlarına minnətdarlıq bildirilib. Bundan sonra da qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində lazımi addımların atılacağı vurğulanıb.
Sonda AGAT-la əməkdaşlıq edən jurnalistlərin və media qurumlarının adları yazılmış tort kəsilib. Mərasim şirniyyat süfrəsi arxasında səmimi söhbət və bayram əhval-ruhiyyəsində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB