Bakı-Bişkek-Bakı istiqamətində uçuşlar başlayır

Bakı-Bişkek-Bakı istiqamətində uçuşlar başlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Bişkek-Bakı istiqamətində müntəzəm uçuşların yerinə yetirilməsinə başlayır. SİA bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, uçuşlar həftədə iki dəfə olmaqla oktyabrın 26-dan yerinə yetiriləcək.

Təyyarə bazar günləri Bakıdan saat 10:10-dan qalxacaq və saat 15:10-da Bişkekdə eniş edəcək. Bişkekdan uçuş saat 16:30-da başlayacaq və təyyarə Bakıda saat 17:55-də eniş edəcək.

Çərşənbə axşamı (çərşənbə) günləri isə Bakıdan uçuş saat 20:20, Bişkekdə eniş 01:30-da (+1), əks istiqamətdə isə Bişkekdən uçuş saat 02:50-də, Bakıda eniş saat 04:15-də yerinə yetiriləcək.

Uçuşlar müasir və komfortlu "Airbus" tipli hava gəmiləri ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə