“Yay məktəbi” layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları: FOTOLAR

“Yay məktəbi” layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları: FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları:

YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov: "YAP Gənclər Birliyi tərəfindən gənclər üçün təşkil olunan və uğurlu layihələrdən olan "Yay Məktəbi" layihəsi mənə ən xoş təəssüratları bağışladı. Layihə çərçivəsində keçirdiyimiz günlər həm istirahət, həm dünya görüşünün artması, həm də maraqlı diskussiyalarla yadda qaldı. Qədim tarixə, əsrarəngiz təbiətə malik olan Lerik şəhəri xoş ovqat yaratdı. Xüsusən də respublikamızın ayrı-ayrı bölgələrindən gəlmiş YAP gəncləri ilə tanışlıq bizə yeni dostlar qazandırdı. Həmin müddətdə seminarlar, təlimlər, flaşmoblar həyata keçirildi. Seminarlarda Ulu Öndər Heydər Əliyev ideologiyasını yaxından öyrənmiş olduq".

YAP Nəsimi rayon Təşkilatının üzvü Abbas Əliyev: "Hər il Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən keçirilən Yay və Qış məktəbi layihəsi artıq biz gəncləri birləşdirən ən böyük və uğurlu layihələrdən biridir. Ənənəvi olaraq keçirilən bu layihələr çərçivəsində gənclər biliklərini artırmaqla yanaşı, müxtəlif mövzular ətrafında aparılan diskussiyalara qatılır, fikir mübadilələrində iştirak edir, ən əsası isə yeni dostlar qazanırlar. Bir sözlə, "Yay məktəbi" layihəsi biz gənclər üçün həm təcrübə, həm də bilik mənbəyidir".

YAP Yasamal rayon Təşkilatının üzvü Nigar Səfərova: "Azərbaycanda bu kimi layihələrin keçirilməsi cənab Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının göstəricisidir. Hakim partiyanın təşkil etdiyi yay və qış məktəblərində gənclər seminarlarda və təlimlərdə iştirak edir, biliklərini artırır, səmərəli vaxt keçirir. Siyasi və sosial sahələr üzrə aparılan diskussiyalar gənc siyasətçilərin təcrübələrinin artmasına şərait yaradır, intellektual səviyyələrinin artmasında vacib rol oynayır. Bu turda ölkənin müxtəlif təşkilatlarının üzvlərinin iştirak etməsi həm də dövlətin bölgələrdəki gənclərə olan diqqətinə bariz nümunədir. Başda rəhbərlik olmaqla, bu layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm".

YAP Qaradağ rayon Təşkilatının üzvü Eltun İbrahimov: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil edilən bu layihə vahid ideologiya ətrafında toplaşan gənclər arasında geniş bir şəbəkə yaradıb. Hesab edirəm ki, artıq yerli düşərgələrlə yanaşı, beynəlxalq düşərgələrə də start veriləcək. Bununla da gənclərimiz ölkə hüdudlarından kənarda da Azərbaycanın tanıdılmasına, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə, beynəlxalq arenada dostlarımızın sayının artırılmasına lazımı təkan verəcək. Bu düşərgələr vasitəsilə orada iştirak edəcək digər ölkələrin gəncləri Azərbaycan həqiqətlərini daha da yaxından tanıyacaq".

YAP Sabunçu rayon Təşkilatının üzvü İlyas Hüseynov: "Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinə ilk dəfə qatılmağıma baxmayaraq, burada olan gəncləri sosial şəbəkələrdəki aktivlikdən və cəmiyyətin ictimai-siyasi həyatında baş verən müxtəlif hadisələrə olan yanaşmalarından çox yaxşı tanıyırdım. 13-18 iyul tarixlərində Lerikdə təşkil olunan "Yay məktəbi"ndə "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Lerik rayonundan seçilmiş dəyərli millət vəkilimiz İqbal Məmmədov və Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova ilə maraqlı diskussiyalarda iştirak etdik, intellektual oyunlarda biliklərimizi daha da artırdıq, idman yarışlarında fiziki cəhətdən möhkəmləndik və nəhayətdə mükəmməl zaman keçirdik. Bu layihənin mənim üçün ən mühüm tərəfi savadlı, intellektual, dünyagörüşlü, vətənpərvər və dövlətçiliyimizə sadiq gənclərlə birlikdə ünsiyyətdə olmaq və fikir mübadiləsi aparmaqdan ibarət oldu. Bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm".

YAP Xəzər rayon Təşkilatının üzvü Ülkər Məmmədzadə: "YAP Gənclər Birliyi tərəfindən təşkil olunmuş yay məktəbi, fəal gənclərimizin liderlik bacarıqlarını inkişaf etmələrinə və onlarda olan vətənpərvərlik ruhunun daha da yüksəlməsinə şərait yaradır. Lerikdə keçirdiyim beş gün ərzində, Yeni Azərbaycan Partiyasının gənclərə olan maraq və qayğısının şahidi oldum. Məhz dövlətimizin göstərdiyi bu qayğı nəticəsində, mən öz ixtisasım üzrə dünyanın ikinci ən yaxşı universiteti sayılan İsveçrənin Glion İnstitutunda təhsil almaq şansı əldə etmişəm. Buna görə dövlətimizə minnətdaram və Azərbaycanı xaricdə yüksək səviyyədə təmsil etməyi özümə borc bilirəm".

YAP Biləsuvar rayon Gənclər Birliyinin sədri Kamil Qurbanlı: "Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsi çərçivəsində mən də Lerik rayonunda oldum. İyul ayının 13-dən 18-nə kimi davam edən tur digər turlar kimi, çox maraqlı və rəngarəng proqramla hər bir iştirakçıda böyük təəssürat yaratdı. Tur çərçivəsində təşkil olunan diskussiyalar hər bir gəncə öz praktik siyasi fəaliyyət bacarıqlarını daha da zənginləşdirməyə imkan yaratdı. Bundan başqa tur çərçivəsində təşkil olunan intellektual və interaktiv oyunlar, eləcə də idman yarışları gənclərin öz bilik və qabiliyyətlərinin nümayiş etdirilmələrinə gözəl imkan açdı. Bütövlükdə tur çərçivəsində həyata keçirilən tədbirlər həm də gənclərin dostluq münasibətlərinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə