DSMF-nin sədri Tovuzda vətəndaşları qəbul edəcək

DSMF-nin sədri Tovuzda vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyulun 30-da, saat 11:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Fondun Aparatında (012) 434-12-34 Tovuz rayon şöbəsində (02231) 5-00-40 Qazax rayon şöbəsində (02229) 5-27-96 Ağstafa rayon şöbəsində (02222) 5-26-12 Şəmkir rayon şöbəsində (02230) 5-30-33 Gədəbəy rayon şöbəsində (02232) 6-00-93 Göygöl rayon şöbəsində (02220) 5-23-77 Daşkəsən rayon şöbəsində (02221) 5-52-42

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 30-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılan nəqliyyatla Tovuz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə