Siyəzən şəhərində regional görüş keçiriləcək

Siyəzən şəhərində regional görüş keçiriləcək

İyulun 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Yeni Azərbaycan Partiyası ilə birgə Siyəzən şəhərində Azərbaycan Respublikasının regionlarında bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılması məqsədilə regional görüş keçirəcək.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Siyəzən, Quba, Şabran, Xaçmaz, Qusar və Xız rayonlarının hər birindən 10 nəfər fəal qadın olmaqla nümayəndələr iştirak edəcəklər.

AQUPDK-nın mətbuat xidmətindən bildiriblər ki, tədbir bələdiyyə seçkilərində qadınların elektoral fəallığının yüksəldilməsi, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılmaları, dövlət qadın siyasətinin əsas istiqamətlərindən birinə-qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin artırılması və gender bərabərliyinin təmin olunmasına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə