Hərbi qulluqçular arasında yarışlar başlayıb

Hərbi qulluqçular arasında yarışlar başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən, hərbi qulluqçular arasında səmti müəyyən etmə yarışları başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışda 13 komandanın 60-a yaxın hərbi qulluqçusu ərazidə səmti müəyyən edərək güclərini sınayacaqlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçiriləcək yarışlar iyulun 27-də mükafatlandırma mərasimi ilə sona çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə