Sərhədçilər Samuxda civə tapdılar FOTOLAR

Sərhədçilər Samuxda civə tapdılar FOTOLAR

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən civə aşkarlanıb. Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində iyulun 19-da Samux rayonun Qarabağlı kəndi ərazisində şüşə qabın içərisində ümumi çəkisi 2365 qram olan civə aşkar edilib.

Hadisə ilə əlaqədar olaraq, dərhal yerli əhalinin təhlükəsizliyi təmin olunub.

Faktla bağlı müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə