Milli Mətbuat günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib FOTO

Milli Mətbuat günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib FOTO

Gəncədə Milli Mətbuat günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib. Şəhər İcra Hakimiyyəti binasında təşkil olunan görüşdə İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev iştirak edib. Gəncə şəhər icra başçısı Elmar Vəliyevin adından jurnalistləri təbrik edən Mikayıl Zeynalov bildirilib ki, bu gün ölkəmizdə mətbuatın inkişafı istiqamətində geniş tədbirlər planı hazırlanıb: "Yeni televizya, radio kanalları fəaliyyətə başlayıb, eyni zamanda elektron media saytları olduqca geniş şəkildə öz fəaliyyətini qurub. Dövlət tərəfindən jurnalistlərə mənzillərin tikilməsi, respublikada senzuranın aradan qaldırılması bir daha KİV sahəsinə verilən xüsusi önəm kimi diqqət mərkəzindədir".

Tədbirdə həmçinin jurnalistlər də fikirlərini bölüşüblər, respublikada KİV-lərə göstərilən diqqət və qayğıdan söz açıblar. Sonda Gəncə şəhər İcra Hakimiyyəti Elmar Vəliyevin adından mətbuat və televiziya işçiləri mükafatlandırılıblar. Mükafatlandırılanlar sırasında "Səs" televiziyası və Səs İnformasiya Agentliyinin bölgə müxbiri İlham Məmmədzadə də olub.


İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə