Bu il oktyabrın 15 və 16-da Bakıda Neftçilər gününə həsr olunan "Fundamental və tətbiqi elmlərin (yer, texnika və kimya) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu" mövzusunda gənc alim və mütəxəssislərin I beynəlxalq elmi konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə dünyanın 50-dən çox ölkəsindən gənc alimin iştirakı gözlənilir.
Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirir ki, konfrans çərçivəsində çıxışlar texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə qruplaşdırıllb.
Gənc alim son illər əldə olunan ən mühüm elmi nəticələrin məhz fənlərarası elmlərin govşağında təzahür etdiyini vurğulayıb: "Müxtəlif elmlərin təmasında aparılan araşdırmalar yüksək elmi-təcrübi əhəmiyyət daşımaqla yanaşı, yeni elmi-tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradır. Məhz belə istiqamətlərin olması elmin bir sıra fundamental və tətbiqi problemlərinin həllində müsbət nəticə verir. Buna görə də, təşkilat komitəsi seçim zamanı fənlərarası elmlərin qovşağında aparılan tədqiqatların nəticələrini özündə əks etdirən tezislərə üstünlük verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB