Gənclər və idman naziri Azad Rəhimov 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar media nümayəndələrini təbrik edib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təbrikdə deyilir: "Bu gün ölkəmizdə Milli Mətbuatımızın 139-cu ildönümü qeyd edilir. Bu gün böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan mətbuat səmasına buraxdığı ilk qaranquşun - "Əkinçi" qəzetinin doğum tarixi, sizin qələminizin ad günüdür. Bu gün Azərbaycanda Zərdabi ənənələrini ləyaqətlə davam etdirən qələm sahibləri var.
Gənclər və idman nazirliyi ilə daim əlaqəli fəaliyyətiniz hər zaman qurumumuz tərəfindən təqdirəlayiq qiymətləndirilib.
İstər gənclər, istərsə də idman sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında sizin xidmətləriniz danılmaz və əvəzsizdir. Sizə məsuliyyətli və önəmli işinizdə uğurlar, həyatda can sağlığı arzu edirəm. Milli Mətbuat gününüz mübarək!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB