ƏƏSMN-in Mərdəkan Müalicə Pansionatı əsaslı təmir olunur

ƏƏSMN-in Mərdəkan Müalicə Pansionatı əsaslı təmir olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə qurumun Mərdəkan Müalicə Pansionatında (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küç. 9.) əsaslı təmir işlərinə başlanılıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, pansionat əlilliyi olan şəxslərə və digər imtiyazlı vətəndaşlara dövlət hesabına fizioterapevtik müalicə üsulları ilə müalicə xidməti göstərən 100 yerlik bir müəssisədir.

Burada il ərzində ölkənin müxtəlif bölgələrindən müvafiq yollayış əsasında gələn 1000 nəfərdən artıq vətəndaşa müalicə xidməti göstərilir. Uzun illər pansionatda təmir işlərinin aparılmaması müəssisədə şəraitin yararsız hala düşməsinə və imtiyazlı şəxslərə lazımi xidmətin göstərilməsində çətinliklərin yaranmasına səbəb olmuşdu.

Əsaslı təmir işlərindən sonra pansionatın müasir müalicə metodika və texnologiyalarının tətbiqi üçün müvafiq avadanlıqlarla təchiz olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə