İcra başçısı mətbuat işçilərini təbrik etdi

İcra başçısı mətbuat işçilərini təbrik etdi

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Milli Mətbuat günü münasibətilə mətbuat işçilərini təbrik edib. SİA bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin "Facebook" səhifəsinə istinadən xəbər verir.

İcra başçısı bildirib ki, gördüyümüz işlərdə mətbuat işçiləri bizim ən yaxın köməkçilərimizdir: " Demək olar ki, fəaliyyətimiz boyu onlar bizimlə çiyin-çiyinə çalışırlar, fədakarlıq göstərirlər, şəhərin yüksəlişində qüvvə və bacarıqlarını əsirgəmirlər. Gəncə şəhər rəhbərliyi olaraq, milli mətbuat günü münasibətilə KİV nümayəndələrini, şəhərimizdə fəaliyyət göstərən region jurnalistlərini, bütün mətbuat işçilərini ürəkdən təbrik edir, hər zaman onlara iti qələm, parlaq zəka, ən gözəl nemət olan can sağlığı, yeni yaradıcılıq uğurları, səadət, əmin-amanlıq, ülvi və xoş duyğular arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə