Aydın Əliyev qəbul keçirəcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 25-də saat 11:00-da Zaqatala şəhərindəki 2 saylı orta məktəbdə bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, qəbul zamanı Zaqatala, Balakən, Qax rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə