Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Sıddık 22 iyul Milli Mətbuat günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edib. SİA bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi xəbər verir.
O bildirib ki, Azərbaycanda media nümayəndələri mətbuatın inkişafına böyük töhfə verir: "Azad fikir və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu demokratiya, sabit və açıq cəmiyyətin yaradılmasının əsas şərtləridir. Biz, Britaniyanın Bakıdakı səfirliyində dəqiq, qərəzsiz və müstəqil mətbuatın yaradılması səylərini dəstəkləməkdən məmnun olardıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB