Sabah külək mülayimləşəcək PROQNOZ

Sabah külək mülayimləşəcək PROQNOZ

İyulun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, şimal-qərb küləyinin günün ikinci yarısında mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə