Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bayram namazının vaxtını açıqlayıb. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Təzəpir məscidində saat 9.00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacaq.
Xatırladaq ki, iyul ayının 28-i bayram axşamıdır. Hər iki gün Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib.
Allah oruc və namazlarınızı qəbul etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB