Qobustan həbsxanasının rəisi dəyişdirildi

Qobustan həbsxanasının rəisi dəyişdirildi

Penitensiar Xidmətdə yeni təyinatlar olub. Qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova tapşırılıb.

M.Quliyevin digər əmri ilə 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası isə ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə