Generaldan daha 2 təyinat

Penitensiar xidmətdə yeni təyinatlar olub. Bu barədə Penitensiar xidmətin saytı məlumat yayıb.

Belə ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova, 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə