“Azərbaycanda qadınlar və kişilər” Məcmuə

“Azərbaycanda qadınlar və kişilər” Məcmuə

"Azərbaycanda qadınlar və kişilər" illik statistik məcmuəsi nəşr olunub. Məcmuədə ölkədə qadınların və kişilərin sayının dəyişilməsini, eləсə də 2013-сü ildəki sosial-demoqrafik prosesləri ötən illərlə müqayisəli şəkildə əks etdirən əsas göstəriсilər yer alıb.

Statistik məcmuə səhiyyə, təhsil və elmi kadrlar, məşğulluq və işsizlik, əhalinin iqtisadi fəallığına dair statistik müşahidə, həyat səviyyəsi və sosial təminat, parlament, hüquqpozmalar və digər bölmələrdən ibarətdir. Bundan əlavə, nəşrə cins və yaş bölgüsündə doğulanların və ölənlərin, nikah və boşanmaların sayı, ümumi nəsilvermə əmsalı, gözlənilən ömür uzunluğu, nikaha daxil olanların orta yaşı, nikah vəziyyətinə görə qadınların sayı və digər göstəricilər daxil edilib.

Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Gender" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda qadınlar və kişilər, 2014" linki vasitəsilə əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə