“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi uğurla davam edir

“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi uğurla davam edir

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan gənclərinə dəstək proqramı" layihəsi çərçivəsində yaradılmış Saatlı gənclərinə dəstək qrupunun iştirakı ilə görüş keçirilib. Bu barədə SİA-ya BAMF-dan məlumat verilib.

Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevin apardığı uğurlu gənclər siyasətindən, rayonda həyata keçirilən quruculuq işlərindən, rayon gənclərinin problemlərindən danışıb.

Görüşdə BAMF-in sədri Umud Mirzəyev, layihənin əlaqələndiricisi Qiyas Abasov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Natiq Umarov tədbir iştirakçılarına layihə ilə bağlı məlumat veriblər.

Saatlı gənclərinə dəstək qrupunun rəhbəri Xanım Allahyarova təmsil etdiyi qurum adından rayon icra hakimiyyətinə rayonun seçilmiş ərazilərində əhali və müxtəlif müəssisələrin işçiləri arasında ətraf mühitin tullantısız olmasını təmin etmək üçün bacarıqların formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili mövzusunda birgə layihə həyata keçirməyi təklif edib.

Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun imzalanması ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə