Nizami Cəfərov: "Mətbuatımız müstəqilliyimiz dövründə böyük inkişaf yolu keçib"
"Mətbuatımız müstəqilliyimiz dövründə böyük inkişaf yolu keçib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı demokratik qaydada inkişaf edib: "Öncələr mətbuatımızda peşəkarlıq səviyyəsi çox aşağı idi. Buna baxmayaraq, demokratiklik prinsipləri var idi. Ümummilli Liderimiz Heydər Əliyev mətbuatda senzuranı ləğv etdi. Bundan sonra mətbuat həm kəmiyyətcə, həm də keyfiyyətcə inkişaf etməyə başladı. Öncələr böyük qüsurlar var idi. Həm məzmunca, həm də forma, ifadə, üslub baxımından peşəkarlıq yox idi. Daha sonra mətbuatımız dünya səviyyəsində inkişaf etdi və peşəkarlıq yüksəldi".
Millət vəkili Prezident İlham Əliyevin mediaya xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb: "Son 10 ildə cənab Prezident İlham Əliyev mətbuata həm maddi, həm də mənəvi cəhətdən böyük diqqət və qayğı göstərdi. Jurnalistlər üçün mənzillər tikildi, dəfələrlə mətbuat orqanlarının borcları ləğv olundu, həm iqtidar, həm də müxalifət media orqanlarına hər il maddi vəsaitlər verildi.
N. Cəfərov dilimizin daha çox mətbuatda inkişaf etdiyini qeyd edib: "Bədii, elmi üslubdan daha çox publisistik üslub inkişaf edib. Ən çox normalar da burada pozulur. Lazım olmayan alınma sözlər, qeyri-peşəkar ifadələr, tərcümə dilinin xüsusiyyətləri normaları pozur.
Ümumiyyətlə isə mətbuatımızdan razıyam. Ancaq jurnalist yetişdirməyə daha çox diqqət ayırmaq lazımdır ki, peşəkarlıq səviyyəsi daha da artsın. Analitik təhlillərimiz azdır. Xəbər baxımından heç bir problemimiz yoxdur. Operativlik də qənaətbəxşdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB