Müqəddəs Ramazan ayı münasibətilə Zaqatala şəhərindəki "Talaçay" sarayında oruc tutanlar üçün iftar süfrəsi açılıb. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, oruc tutanların, dindarların, şəhid ailələri üzvlərinin, kimsəsizlərin, habelə rayon ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasimdə çıxış edənlər qarşıdan gələn Ramazan bayramı münasibətilə xalqımıza təbriklərini çatdırıb, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına göstərilən yüksək dövlət qayğısından bəhs ediblər. Mərasimdə Ramazan ayının fəzilətləri və əhəmiyyəti barədə geniş söhbət açılıb. Bildirilib ki, Ramazanın müqəddəsliyi "Qurani-Kərim"in məhz bu ayda nazil olması ilə bağlıdır.
Mərasimdə "Qurani-Kərim"dən ayələr oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar səsləndirilib. İşğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, belə iftar mərasimlərinin əzəli torpağımız olan Qarabağda təşkil olunacağına əminlik bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB