Azərbaycanın inkişafının real nəticələri Sumqayıtda da öz əksini tapıb
Sumqayıt şəhərində cari ilin birinci yarısının sosial–iqtisadi inkişafının yekunlarına həsr olunan geniş şura iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi Əlibala Əliyev iştirak edib.
İclasda şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov respublikanın ilin əvvəlindən əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verdi. Bildirdi ki, cari ilin birinci yarısında ölkənin dinamik inkişafı təmin olunub, bir sıra böyük layihələr icra edilib, aparılan islahatlar daha da dərinləşdirilib.
Şəhər rəhbəri Azərbaycanın son illərdə sürətli inkişafının Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev strategiyasına sadiqliyi, bu siyasəti qətiyyətlə və yaradıcılıqla həyata keçirməsi nəticəsində əldə edildiyini, dövlətimizin başçısının daha firavan gələcəyin qarantı olduğunu dedi. O, bu inkişafın real nəticələrinin Sumqayıtda da öz əksinin tapdığının söylədi.
Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyev qeyd etdi ki, ilin birinci yarısında Sumqayıtda şəhər həyatının bütün sahələrində uğurlar əldə оlunub. İnsanların rifah halının daha da yaхşılaşdırılmasına хidmət еdən bir çох infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata kеçirilib.
Bildirildi ki, şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 370 milyon manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 108,8 faiz təşkil edib. Şəhərin sənaye sektorunda məhsul istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 245 milyon manat оlub. Sоsial-iqtisаdi sаhədə çаlışаn işçilərin оrtа аylıq əmək hаqqı 480 mаnаt оlub, аrtım fаizi 6,7 təşkil еdib. Bütün maliyyə mənbələri hеsаbınа ayrı-ayrı sahələrin inkişafına 25 milyon manatdan çox investisiya yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində hamısı daimi olmaqla 2797 yeni iş yeri yaradılıb.
Görülən işləri təhlil edən məruzəçi əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin, idmanın inkişafı, şəhərin abadlaşdırılması, yaşıllaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verdi.
Diqqətə çatdırdı ki, altı ay ərzində şəhərdə bir sıra mədəni kütləvi tədbirlər keçirilib.
Sonra məruzə ətrafında çıxışlar oldu, şəhərin 65 illik yubileyi münasibətilə bir sıra təkliflər dinlənildi.
Sonda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB