Fövqəladə hallar naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən iyulun 22-də saat 12:00-dan Xızı şəhərində vətəndaşların qəbulu keçiriləcək. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 21-də saat 09:00-dan Xızı şəhəri, Rafiq İsmayılov adına tam orta məktəbin binasında (ünvan: Bəşir Səfəroğlu küçəsi, 1) başlayacaqdır.

Vətəndaşlar qəbula gəlmək üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14

e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə