Naxçıvan Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi istifadəyə verilib-

Naxçıvan Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi istifadəyə verilib-

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi (www.miqrasiya.nakhchivan.az) istifadəyə verilib.

Bu internet ünvanı vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eləcə də Azərbaycan Respublikasının vətəndaşları dünyanın hər bir yerindən Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin internet səhifəsinə daxil olaraq miqrasiya sahəsi üzrə qanunvericiliklə tanış ola bilərlər.

İnternet səhifəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, müvəqqəti qalma müddətinin uzadılması, müvəqqəti və daimi yaşaması, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə əlaqədar məlumatlar 3 dildə hazırlanaraq yerləşdirilib. Bu da əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının miqrasiya sahəsində maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Xidmətin internet saytında müvafiq icazələrin alınması ilə bağlı sənədlərin siyahısı və müraciətlər üzrə ərizə-anket blankları da yerləşdirilib.

İstifadəçilər internet səhifəsinin "Sual-cavab" rubrikasına onları maraqlandıran məsələlərlə bağlı Azərbaycan, rus və ingilis dillərində müraciət edə bilərlər. Müraciətlərin hər biri Naxçıvan MR Dövlət Miqrasiya Xidməti tərəfindən tam, dəqiq və vaxtında cavablandırılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə