“Yay məktəbi” layihəsinin I Lerik turu iştirakçılarının təəssüratları: FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I Lerik turu iştirakçılarının təəssüratları:

YAP Nərimanov rayon Təşkilatının üzvü Kənan Qubadzadə: "Yay məktəbi gənclərimizin inkişafı üçün uğurlu bir layihədir. Bu layihə həm bilik artıma ilə yanaşı həm də geniş dostluq şəbəkəsinin qurulmasında böyük rola malikdir. YAP Gənclər Birliyi tərəfindən həyata keçirilən Yay və Qış layihələri gənclər tərəfindən çox yüksək qiymətləndirilir. Layihədə iştirak edən gənc kimi deyə bilərəm ki, I Lerik turunda keçirdiyim günlər mənim həyatımda ən xoş və maraqlı günlərdən idi. Bu layihədə əməyi olan hər kəsə dərin təşəkkür edirəm".
YAP Naftalan rayon Təşkilatının üzvü Aynurə Novruzova: "Mən ilk dəfə idi ki, YAP GB tərəfindən təşkil olunan "Yay məktəbi" layihəsində iştirak edirdim. Keçirilən təlim, seminar və görüşlər həqiqətən də asudə vaxtın səmərəli təşkili , komanda halında birləşmək, dostluqların qurulması və digərləri mənim üçün ən unudulmaz günlər və eyni zamanda həyatda qazanılan gözəl təcrübə oldu".
YAP Zaqatala rayon GB-nin sədri Ramin Həsənov: "Yay məktəbinin keçirilməsi zənnimcə çox vacib faktorlardan biridir. Çünki bu layihə gənclərimizin bir araya yığılıb sadəcə istirahət etməsi üçün deyil, həm də intellektual səviyyəsinin artması, yeni dostların qazanması və keçirilən təlimlərdə hər bir gəncin nəyə qadir olduğunu sübut etmələrindən ibarətdir. Hər bir gənc sadəcə öyrənməklə kifayət etməməli, bununla bərabər yiyələndiyi hər hansı bilik və bacarığı harada yaşamasından asılı olmayaraq gənclərlə bölüşməli və partiyamızı sevdirməlidir".
YAP Abşeron rayon Təşkilatının üzvü Vəfa Ələkbərova: "Layihə çərçivəsində həm biliklər əldə etdik, həm də dincəldik. Ən əsası isə yeni dostlar qazandıq. Yay məktəbi bitməsini istəmədiyimiz bir layihədir. Bizə göstərilən diqqət-qayğıya görə, Partiyamızın rəhbərliyinə təşəkkür edirəm".

YAP GB ofisinin fəal gənci Vüsal Əliyev: "Düşünürəm ki, YAP GB tərəfindən həyata keçirilən layihənin iştirakçısı olmaq gənclərin hərtərəfli inkişafına xidmət edir. Builki "Yay məktəbində də bizlər çox maraqlı diskussiyalarla, interaktiv oyunlarla mükəmməl zaman keçirdik və yeni dostluqların təməlini qoyduq. Bu layihədə iştirak etdiyim üçün özümü şanslı hiss edirəm və seçildiyim üçün Yeni Azərbaycan Partiyası rəhbərliyinə minnətdarlığımı bildirirəm".

YAP Xəzər rayon Təşkilatınn üzvü Şəhanə Nəsirova: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil edilən gənc siyasətçilər üçün "Yay Məktəbi" ilk olaraq, partiyanın və dövlətin gənclərə olan münasibətini, onlara göstərilən diqqət və qayğını nümayiş etdirir... YAP Xəzər rayon təşkilatının fəal gənci olaraq bu layihədə iştirak etmək mənim üçün bir uğurdur! İlk dəfə olaraq YAP tərəfindən təşkil olunan və davamlı olaraq həyata keçirilən layihə region gəncləri ilə paytaxt gəncləri arasında olan sərhədləri aradan qaldırır. Düşünürəm ki, "Yay məktəbi" mənim o cümlədən də hər bir gənc üçün çox önəmlidir. Beş gün ərzində layihə çərçivəsində həm əyləndik, həm öyrəndik, həm də yeni dostlar qazandıq"

Gəncə rayon YAP GB-nin sədri Fərid Dünyamalıyev: "Əvvəla, bu uğurlu layihənin ideya sahiblərinə, onu təşkil edən bütün yaradıcı şəxslərə başda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevə gənclər adından dərin təşəkkürümü bildirirəm ki daima biz gənclərin inkişafı üçün hərtərəfli şərait yaradır. Bu "Yay məktəbi" gözəl, fərqli günlər ilə xatirəmizdə öz əksini tapdı. Qısa müddət ərzində "Yay məktəbi" mənə çoxlu elmi və praktiki biliklər, geniş həyat təcrübəsi, yeni dostluq çevrəsi qazandırdı.
Həyata keçirilə diskussiyalar, görüşlər bir daha bizim fəaliyyətimiz üçün motivasiya oldu. Hər gün özünəməxsusluğu, özəlliyi ilə seçildi. Bu unudulmaz günləri bizə yaşatdıqları üçün partiya rəhbərliyinə bir daha təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB