Bu gün "Bakı Metropoliteni"nin "Ulduz"- "Nəriman Nərimanov" stansiyaları istiqamətində qatarqatarların hərəkətində müəyyən gecikmələr müşahidə olunub. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, səhər saat 09.40 radələrində İçəri şəhər stansiyası istiqamətində qatar 10 dəqiqə gecikib. Bu da insanların platformada müəyyən sıxlığına səbəb olub.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, yay vaxtında interval 6-7 dəqiqə arasında dəyişir: " "Ulduz"-"Nərimanov" stansiyaları arasında depodan xəttə yeni qatar buraxılanda müəyyən gecikmələr ola bilər. Ancaq bugünkü gecikmənin qatarların hansındasa nasazlığın olması ilə heç bir əlaqəsi yoxdur. Odur ki, sərnişinlər narahat olmasın. Qeyd edim ki, "28 may" stansiyasasında qatar iki xəttə ayrılır və "Gənclik"dən gələn qatar bir dəfə "İçəri şəhər"ə, bir dəfə də "Nizami"yə gedir. Qatarların stansiyada yarım dəqiqə gecikməsi də intervalı artırır. Gecikmə də müəyyən səbəblərdən ola bilər. Məsələn, sərnişinin biri qapını saxlaması buna ən bariz nümunədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB