Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu "Yüksək enerjilər fizikası" laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Ovsat Abdinov "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və diplomu ilə təltif olunub. SİA-nın xəbərinə görə, o, adron-nüvə qarşılıqlı təsirində kumulyativ nuklonların yaranma mexanizmləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə fizika elminin inkişafı tarixində göstərdiyi xidmətlərə görə mükafata layiq görülüb. Alimi "Avropa Nəşr Mətbu evi" mükafatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB