Zakir Qaralov Astarada vətəndaşları qəbul edib FOTO

Zakir Qaralov Astarada vətəndaşları qəbul edib FOTO

Baş prokuror Zakir Qaralov bu gün bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Astara rayon prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror və Astara rayon İcra Hakimiyyətinin başçısı Ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 60-dan artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Göstərilənlərlə yanaşı qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə