Səlim Müslümov Qubada qəbul keçirəcək

Səlim Müslümov Qubada qəbul keçirəcək

İyulun 21-də saat 10:00-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Quba, eləcə də Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə