Azərbaycandan Ukraynaya uçuşlar Rusiya üzərindən həyata keçirilir

Azərbaycandan Ukraynaya uçuşlar Rusiya üzərindən həyata keçirilir

"Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri ilə Azərbaycandan Ukraynaya, o cümlədən Kiyevə aviareyslər Rusiya ərazisi üzərindən həyata keçirilir. SİA-nın xəbərinə görə, bu barədə QSC-dən bildiriblər.

Məlumatda təyyarələrin hərbi əməliyyatların getdiyi ərazilərin üzərindən keçmədiyi qeyd olunur.

Məlumata əsasən əvvəllər aviareyslər Ukrayna ərazisi üzərindən keçirdi, lakin indi onlar Rusiya ərazisi üzərindən həyata keçirilir.

Xatırladaq ki, ötən gün "Malayziya Hava Yolları"na məxsus təyyarə Ukraynada döyüşlərin getdiyi ərazi üzərindən keçərkən qəzaya uğrayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə