Prezident DSX-nin yeni gəmi inşası zavodunun açılışında iştirak edib
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun açılışında iştirak edib. SİA-nın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxıb.
Sonra Prezident İlham Əliyev zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış oldu, videoçarxa baxıb.
Dövlətimizin başçısı sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış oldu, onun manevrlərini izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB