Diplomatlarla bağlı qərar verildi

Diplomatlarla bağlı qərar verildi

Azərbaycanın baş naziri Artur Rasizadə diplomatlarla bağlı qərar verib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, yeni qərara əsasən xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycana diplomatik missiya ilə və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin (səfərlərinin məqsədindən və ya mənsub olduqları heyətdən asılı olaraq) qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə