“Yay məktəbi” layihəsinin I Lerik turu iştirakçılarının təəssüratları: FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I Lerik turu iştirakçılarının təəssüratları:
YAP Səbail rayon Təşkilatının üzvü Nihad Mahmudlu: "Bu "Yay məktəbi" öz aktiv və intellektli iştirakçıları ilə daha da fərqləndi. Şəxsən mən özümü bu turda çox rahat hiss edirdim. Əminəm ki, yoldaşlarım da eyni hissi keçiriblər. Həmçinin digər təşkilatçılar da öz işlərini layiqincə yerinə yetirdi. Əməyi keçən hər kəsə, xüsusən də Partiyamıza təşəkkür edirəm".
YAP Qaradağ rayon Təşkilatının üzvü Şahmar Hüseynov: "Yeni Azərbaycan Partiyasının təşkil etdiyi yay məktəbləri layihəsi gənclərimiz üçün ən gözəl layihələrdən biridir. Bu layihənin sayəsində biz gənclər yeni biliklər, dostluqlar əldə etmiş oluruq. Hər il olduğu kimi bu il də Lerik rayonunda təşkil olunan 1-ci tur yay məktəbi yaddaqalan anlarla zəngin oldu. Bu layihədə əməyi olan hər bir kəsə təşəkkür edirəm və bütün gənclərimizi Partiyamızın ideyaları ətrafında birləşməyə dəvət edirəm".

YAP Nəsimi rayon Təşkilatının üzvü Tamerlan Əzizov: "6-11 iyul tarixlərində Yeni Azərbaycan Partiyasının Gənc Liderlər üçün təşkil etdiyi Yay məktəbinin I Lerik turunda iştirak etdik. Tur yüksək səviyyədə təşkil olunmuşdu. 5 gün müddətində təlimlərdə iştirak etdik, diskussiyalara qatıldıq. Bizlərə bu şəraiti yaratdıqlarına görə, partiyamıza təşəkkür edirəm".

YAP Şəmkir rayon təşkilatının üzvü Vüsal Rzayev: "Mən birinci dəfə idi ki, yay məktəbində iştirak edirdim. Yay məktəbi mənim üçün yeni dostlar qazandırdı. Tur çərçivəsində savadlı və dünyagörüşlü gənclərlə bir arada olub, onlarla fikir mübadiləsi aparmaq mənim üçün çox xoş idi. Tam əminliklə deyə bilərəm ki, birlikdə aparılan təcrübə mübadiləsi mənim həyatım üçün bir stimul olacaq".
YAP Ağdam rayon Təşkilatının üzvü Xətai Abdullayev: "Yay məktəbi həyatımda əlamətdar bir hadisə oldu. Burada çox müsbət, enerjili insanlarla tanış oldum, hətta dostlaşdım da! Tur çərçivəsində deputatlarımızla yüksək səviyyədə diskusiyalar oldu. Ən əsası isə Ulu Öndər siyasətinin davam etdiyini, Azərbaycan gənclərinə göstərilən diqqət və qayğını bir daha hiss etdim. Biz gənclər əminik ki, ölkəmiz bu siyasət nəticəsində daha da inkişaf edəcək".
YAP Sumqayıt rayon Təşkilatının üzvü Aysel Məmmədova: "Hər il olduğu kimi, bu il də Yeni Azərbaycan Partiyası iyulun 6-da Yay məktəbi layihəsinə start verdi. Tur çərçivəsində gözəl dostlar qazandım. Düşünürəm ki, gənclərimiz Yeni Azərbaycan Partiyasının keçirdiyi Yay məktəbi layihəsində qazandıqları yenilikləri başqa heç yerdə qazana bilməzlər. Bizə bu şəraiti yaratdığına görə, YAP rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm".

YAP Yasamal rayon Təşkilatının üzvü Cavidan Heydərov: "Fikrimcə, Yeni Azərbaycan Partiyasının gənc siyasətçilər üçün təşkil etdiyi yay və qış məktəbləri Azərbaycan gəncliyinə və Azərbaycanın gələcəyinə qoyulmuş ən böyük sərmayələrdən biridir. Biz bu məktəblərdə əsl liderliyi, idarəetməni və ən əsası da dostluğu öyrənir, bilik və bacarıqlarımızı, dünyagörüşümüzü artırırıq. Mehriban, səmimi, intellektli və enerjili, ən önəmlisi də vətənpərvər gənclərin arasında olmaq, bir-birimizlə fikir mübadiləsi aparmaq, çox maraqlı və qürurvericidir. Mənim üçün bu məktəblərin iştirakçısı olmaq, seçilmək böyük qürur hissidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB