10-16 iyul tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ev sahibliyi etdiyi Avropa Tələbələr Birliyinin 5 lobbi qrupundan biri olan "V4+" lobbi qrupunun iclasları keçirilib. SİA-nın məlumatına görə, "V4+" lobbi qrupunun iclasının keçirilməsinə noyabrda əsas səbəb Bakıda baş tutacaq Avropa Tələbələr Birliyinin idarə heyyətinin iclasının müzakirəsi, ona hazırlıqların aparılması və Azərbaycan təhsil sistemi ilə yaxından tanışlıq idi.
İştirakçı ölkələrin nümayənələrinə ATGTİ-nin təhsil sistemindəki rolu, Azərbaycan təhsil sisteminin quruluşu, təhsildə son dövrlər əldə edilən uğurlar barəsində məlumat verilib.
Qeyd edək ki, iclasda Polşa, Macarıstan, Çexiya, Rumıniya və Türkiyədən nümayəndələr iştirak edirdilər. "V4+" lobbi qrupunun iclasının sonunda iştirakçılar tərəfindən qərara alındı ki, qrupun növbəti iclası 2016-cı ildə gənclər paytaxtı elan olunmuş Gəncədə keçirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB