Estoniyanın paytaxtı Tallin şəhərində "Ərinti duzlar və ion mayeləri" (EUCHEM-2014) mövzusunda XXV Beynəlxalq konfrans keçirilib. Tallin Texnoloji Universitetinin təşkilatı dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə ABŞ-ın, Avropa və Asiya ölkələrinin alimləri iştirak ediblər.
AMEA-nın Akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan bildiriblər ki, konfransda bu elm müəssisəsinin laboratoriya müdiri, kimya elmləri doktoru Reyhan Əliyeva, böyük elmi işçiləri Həmidə Əzizbəyli və Xəyalə Seyidovanın elmi məruzələri maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB