“Yay məktəbi” layihəsinin I Lerik turu iştirakçılarının təəssüratları

“Yay məktəbi” layihəsinin I Lerik turu iştirakçılarının təəssüratları

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I Lerik turu iştirakçılarının təəssüratları:

YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova: "2007-ci ildən YAP-nın rəhbərliyi tərəfindən həyata keçirilən yay və qış məktəbləri layihəsi artıq biz gəncləri birləşdirən ən böyük layihələrdən biridir. Bu layihənin sayəsində yeni biliklər, təcrübə və ən əsas da dostluq şəbəkəsi əldə edirik. Sözün əsl mənasında YAP biz gəncləri birləşdirən ən böyük dəyər və həmrəylik körpüsüdür. Hər il olduğu kimi, bu il də 6-11 iyul tarixlərində baş tutan Lerik yay məktəbi öz yadda qalan məqamları ilə diqqəti çəkdi".

Xətai rayon YAP GB-nin sədr müavini Aliyə Ağrılı: "Yay məktəbinin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər layihə çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar vasitəsilə öz biliklərini artırır, bir-birilə ünsiyyət əsnasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərin mübadiləsinə nail olurlar".

YAP Qobustan rayonu Təşkilatının üzvü Elman Mikayılov: "Hesab edirəm ki, "Gənc liderlərin" "Yay məktəbi" layihəsi vacib layihədir. Bu məktəb biz gənclərin yetişməsində, formalaşmasında mühüm rol oynayır. Ölkə prezidentinin gənclər siyasəti ilə bağlı gördüyü işlər biz gənclərin inkişafında mühüm əhəmiyyətə malikdir. Biz də göstərilən bu diqqət və qayğıdan bəhrələnərək cənab prezidentimizin ətrafında sıx birləşib, Azərbaycanımızın inkişafı naminə var gücümüzlə çalışmalıyıq".

YAP Qobustan rayonu Təşkilatının üzvü Adil Bayramov: "Gənc Liderlərin "Yay məktəbi" bizlərin həyatında daim əlamətdar günlər kimi qalacaq. Bu günlər ərzində sanki başqa bir aləmə düşmüşdük. Bu günlər bizim üçün sözün əsl mənasında tarixi günlər idi. Yeni dostlar qazandıq, biliklərimizi daha da artırdıq".

YAP Binəqədi rayon Təşkilatının üzvü Anar Əliyev: "Gənc siyasətçilərin "Yay məktəbi" layihəsi çərçivəsində keçirdiyim günlər mənim üçün ən maraqlı günlər idi. Bu günlər ərzində səmimi ünsiyyət, maraqlı diskussiyalar, praktiki oyunlar, flaşmoblar, təlimlər mənim üçün xüsusi əhəmiyyətə malik idi".

YAP Sumqayıt rayon Təşkilatının üzvü Elvin Dadaşov: "Yay və Qış Məktəblərində iştirak edən gənclər müəyyən dəyərlər və keyfiyyətlərə görə seçilmiş gənclərdir. Onlar digər gənclərdən ilk növbədə vətənpərvərliyinə, ictimai-siyasi aktivliyinə, intellektinə görə fərqlənirlər. Bu məktəblər gənclər üçün ilk növbədə gözəl istirahətdir. Həmçinin bu layihə çərçivəsində gənclər onlarla düzgün əqidəli, bacarıqlı dostlar qazanırlar. Layihə çərçivəsində peşəkarlar tərəfindən təlim və treninqlər keçirilir ki, bu da gənclərin müxtəlif sahələrdə dünyagörüşlərini genişləndirməyə geniş imkan yaradır".

YAP Nizami rayon Təşkilatının üzvü Günel Feyziyeva: "YAP GB tərəfindən "Gənc siyasətçilər" üçün təşkil olunan Lerik I tur 2014-cü il yay məktəbinin iştirakçısı olduğumdan qürur hissi duyuram. Bir həftə ərzində biz gənclər üçün yaradılan şərait, görkəmli şəxslərlə keçirilən diskusiyalar, təlimlər, fikir mübadilələrimiz , intellektual oyunlar və digərləri dövlətimizin bizlərə böyük qayğı və diqqətin bariz nümunəsidir. Biz gənclərin əsas vəzifəsi bizim üçün yaradılan imkanlardan səmərəli istifadə etməklə gələcəkdə ölkəmizin inkişafında peşəkar kadrlar kimi fəaliyyətimizi davam etdirməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə