Redaksiyamıza daxil olan növbəti şikayət məktubunu araşdırmaq üçün getdiyimiz məkan Xətai rayonu Abdulla Rəhimov küçəsi oldu. SİA-nın xəbərinə görə, bu dəfə vətəndaşların narazılığı yaşadıqları binanın qarşısındakı yaşıllıqda baş alıb gedən natəmizlik idi.
Binanın sakinlərini narahat edən məsələ çox ciddidir. Belə ki, antisanitariya, zibil yığını, natəmizlik baş alıb gedir. Bir anlığa şəhərin ən çox əhali yaşayan hissəsində, insanların istirahət etmələri üçün nəzərdə tutulmuş yerdə natəmizliyin baş alıb getməsi nə müvafiq dövlət qurumları, nə yerli icra hakimiyyəti mənsubları üçün başucalığı deyil.
Çəkiliş apararkən yaşıllıqdan çox zibilliklə qarşılaşdıq. Bu bir yana, hətta iydən əraziyə yaxın durmaq olmur. Kəsilmiş inək başından tutmuş, narkomanların vurduğu iynələrə, araq şüşələrinə, qarpız dilimlərinə, cırıq paltarlara, hətta sərxoşların unudub getdikləri kartlara da rast gəldik. Bu cür natəmiz şəraitin olması yoluxucu xəstəliklərin yayılmasını qaçılmaz edir. Bundan başqa, ərazidə zibillik əlindən addım atmağa demək olar ki, yer yoxdur.
Bizimlə söhbət edən bina sakinləri gecələr sərxoşların əlindən həyətə düşə bilmədiklərindən də şikayət etdilər. Bildirdilər ki, axşamtərəfi işdən gələndə buradan keçmək qorxuludur, çünki sərxoşundan, narkomanından tutmuş hər cür insanla qarşılaşırlar. Gecə olanda vəziyyət daha dözülməz olur. Sakinlər şikayət edirdilər ki, 10 ildən çoxdur ki, belə acınacaqlı vəziyyətdədirlər.
Sakinlərin əsas istəyi ərazidə təmizlik işlərinin aparılması, əhalinin istirahəti, eləcə də uşaqların oynaması üçün lazım olan şəraitin yaradılmasıdır. Vətəndaşlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə 29 nömrəli Mənzil İstismarı Sahəsinə (MİS) yazılı şəkildə müraciət etdiklərini, lakin boş vəddən başqa bir şey eşitmədiklərini deyirlər. Əksər hallarda məsul şəxslərin işdə olmadığını deyən MİS əməkdaşları sakinləri get-gələ salırlar.
Eyni zamanda vətəndaşlar Xətai Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini və tutarlı cavab almadıqlarını dedilər. Həmçinin icra başçısının müavini Nizaməddin Əkbərovun da məsələdən xəbərdar olduğunu, lakin heç bir qabaqlıyıcı tədbirlərin görülmədiyini dedilər. Hətta özəl qurumların bu ərazidə göydələn inşa etmək niyyətinin olduqlarını deyən sakinlər də oldu.
Sakin Asif Həsənov bildirir ki, binadan aşağı baxanda insanın lap ürəyi ağrıyır: "22 ildir burada yaşayıram, ancaq hələ də oturmağa yer tapmıram. Əsas istəyimiz bizim istirahət üçün şəraitin yaradılmasıdır. Heç olmasa balaca bir park salsınlar".
Sakin Cəsarət Səfərov isə deyir ki, İcra hakimiyyətinə müraciət olunub və ərazi bir-iki dəfə təmizlənib: "Amma mənzərədən də görünür ki, burada hələ çox təmizlik işləri aparılmalıdır. İcra hakimiyyətindən bizə söz verdilər ki, ərazidə park salınacaq, lakin hələ də ortada heç nə yoxdur".
Qarşı tərəflərin məsələ ilə bağlı münasibətini öyrənmək istəsək də cəhdlərimiz boşa çıxdı.
.jpg)
(1).jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB