Lerikdə “Yay məktəbi” layihəsi çərçivəsində tədbirlər davam edir

Lerikdə “Yay məktəbi” layihəsi çərçivəsində tədbirlər davam edir

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə "Yay məktəbi"nin ikinci turu Lerik rayonundakı "Relaks" istirahət mərkəzində uğurla davam edir. SİA-nın məlumatına görə, layihə çərçivəsində keçirilən növbəti tədbirlərdən birinə müxtəlif idaman yarışlarının keçirilməsi ilə start verilib. Belə ki, Lerik rayon gəncləri ilə YAP GB-nin gənc liderləri arasında futbol oyunu keçirib. Ötən oyunlardan fərqli olaraq, bu dəfə YAP GB-nin komandası oyundan qalib ayrılıb.

Xatırladaq ki, təbrilər çərçivəsində könüllülər yarışı da təşkil olunub və yarışda iştirak edən gənclər öz intellektual düşüncələri ilə bir-birindən maraqlı təkliflərlə çıxı ediblər.

Axşam saatlarında isə gənclər istedad gecəsinə və diskotekaya qatılaraq günlərini xoş istirahətlə başa vururlar.

İsmayıl Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə