Zaqatalada 1 ton 500 kq çətənə kolu aşkarlandı

Zaqatalada 1 ton 500 kq çətənə kolu aşkarlandı

Zaqatala rayonunun Muğanlı kənd bələdiyyəsinə məxsus sahədə yabanı halda bitmiş çətənə kolları aşkar edilib. SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Daxili Qoşunların Baş İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Zaqatala rayonunun Muğanlı kənd bələdiyyəsinə məxsus 0,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 500 kq olan 1330 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə